24 oktyabr 2024. Cümə axşamı

Konor Makqreqor geri qayıdır?


  • Offside
  • 23:54 13.04.2024
  • Oxunma sayı: 86
Konor Makqreqor geri qayıdır?

UFC prezidenti Dana Uayt məşhur irlandiyalı döyüşçü və iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqorun iyunun 29-da UFC 303 turnirində qayıtmasına eyham vurduğu postunu şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, Uayt, hələ də irlandiyalı döyüşçü ilə müqavilə imzalamadıqlarını bildirib.

“Bütün bunlar cəfəngiyatdır. Düzünü desəm, hələ onunla müqavilə bağlaya bilməmişik. Ona görə də Konorun növbəti döyüşü ilə bağlı məsələni həll olunmuş hesab etmək olmaz. İnsanlar hər cür anlayışlar sayəsində çox şey gözləyirlər, hansısa böyük elanı gözləyirlər, lakin bu, tamamilə cəfəngiyatdır”

Xatırladaq ki, Konor Makqreqor sonuncu dəfə UFC 264-də səkkizbuluğa daxil olub. Daha sonra onun rəqibi keçmiş müvəqqəti UFC çempionu Dastin Puarye olub. Döyüş Konorun zədəsi səbəbindən Puarenin texniki nokautla qələbəsi ilə başa çatıb.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb