27 iyul 2024. Şənbə

Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb


  • Offside
  • 09:44 14.04.2024
  • Oxunma sayı: 81
Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb

Güllə atıcılığı üzrə Azərbaycan milli komandasının üzvü Nigar Nəsirova Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanıb.

Azərbaycan Atıcılıq Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, təmsilçimiz qadınlar arasında 10 m məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışda 578 xalla uğurlu nəticə əldə edib.

Qeyd edək ki, N.Nəsirova həlledici mərhələdə qalib olarsa, Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.







Offside