- Offside
- 13:25 24.11.2024
Basketbol üzrə Avroliqa turnirində müntəzəm çempionat başa çatıb.
90deqiqe.az xəbər verir ki, “Olimpiakos” – “Fənərbağça” qarşılaşması 5-ci yerin sahibini müəyyənləşdirib.
Gərgin keçən matçın taleyi overtaymda müəyyənləşib. Meydan sahibləri 84:81 hesabı ilə qələbə qazanıblar. Bununla da “Olimpiakos” pley-offun ilk mərhələsində “Barselona”ya rəqib olub. “Fənərbağça” isə “Dördlər finalı” yolunda “Monako” ilə qarşılaşmalıdır.
İtaliyada “Virtus” İspaniyanın “Baskoniya” komandasına məğlub olub. Bu məğlubiyyət nəticəsində onlar çempionatı 10-cu sırada başa vurublar. “Virtus” pley-ində ilk turda “Anadolu Efes”in qonağı olacaq. “Baskoniya" isə gələn həftə “Makkabi” ilə qarşılaşacaq.