24 oktyabr 2024. Cümə axşamı

Mariya Şarapova karyerasının ən vacib matçını açıqladı


  • Offside
  • 13:05 14.04.2024
  • Oxunma sayı: 95
Mariya Şarapova karyerasının ən vacib matçını açıqladı

Beşqat Böyük Dəbilqə çempionu, keçmiş dünya bir nömrəli rusiyalı Mariya Şarapova idman karyerasında hansı qarşılaşmanı ən vacib hesab etdiyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 36 yaşlı keçmiş raketka ustası Uimbldon finalında oynamağın gerçekləşən arzusu olduğunu bildirib.

“Uimbldon finalı (2004-cü ildə Şarapova otlu Slam finalında Serena Uilyamsı məğlub etmişdi (6:1, 6:4). - “Çempionat”dan qeyd). 17 yaşım var idi, o vaxt başıma nə gəldiyini bilmirəm (gülür). Halbuki, həmin finalda oynamaq gerçəkləşən arzu idi. Bu meydançada olmaq, bir hadisənin, bir şəhərin tarixini yaşamaq və öz yolunu dərk etmək hər bir uşağın arzusudur, bu, həqiqətən də xüsusi bir şeydir”

Xatırlayaq ki, finalda Uilyamsı məğlub edərək Şarapova 1887-ci ildə Lotti Dod və 1997-ci ildə Martina Hingisdən sonra üçüncü ən gənc Wimbledon qalibi, eləcə də ot əsaslı Böyük Dəbilqə turnirini fəth edən ilk rusiyalı qadın oldu.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb