27 iyul 2024. Şənbə

"Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər"


  • Offside
  • 23:32 14.04.2024
  • Oxunma sayı: 94
"Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər"

"Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”.

90deqiqe.Az-ın məlumatına görə, bunu  Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov azfutzal.az-a açıqlamasında deyib.

O, rəqibin zəif komanda olmadığını bildirib.

 “Bilirsiniz ki, milli komandanı yenidən formalaşdırırıq. Budəfki heyətimiz demək olar, sırf Azərbaycan çempionatında çıxış edən futzalçılardan ibarətdir. Bu görüş 2024-cü ildə ilk beynəlxalq oyunumuz idi. Uşaqlardan razı qaldım. Sona qədər mübarizə apardılar. Rəqibimiz olan Gürcüstan millisi də zəif komanda deyil. Bu gün bizdən üstün oynadılar.

Narazı qaldığım məqam iki qolu standart vəziyyətdən buraxmağımızla bağlıdır. Bu da bir yerdə çox işləməməyimizin nəticəsidir. Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”.

Xatırladaq ki, bu gün beynəlxalq yoldaşlıq oyununda Gürcüstan yığması ilə qarşılaşan Azərbaycan millisi 2:3 hesabı ilə məğlub olub.







Offside