27 may 2024. Bazar ertəsi

Üzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək


  • Offside
  • 10:09 15.04.2024
  • Oxunma sayı: 210
Üzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Üzgüçülük idman növü üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.

90deqiqe.az xəbər verir ki, aprel ayının 24-27 tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının, Bakı Su İdmanı sarayının birgə təşkilatçılığı, Bakı Su İdmanı sarayının dəstəyi ilə üzgüçülük idman növü üzrə açıq Azərbaycan çempionatı start götürəcək. Bakı Su İdman sarayında təşkil olunacaq yarışlarda 3-cu idman dərəcəsi olan idmançılar iştirak edəcək. Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50,100, 200 metr məsafələrdə arxası üstə, brass və batterfley üsullarda üzəcəklər. Beynəlxalq Üzgüçülük Federasiyasının, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən birincilikdə Bakı və Sumqayıtdan 20-a yaxın müxtəlif klubun və idman cəmiyyətlərinin idmançıları güclərini sınayacaqlar. Bundan başqa ölkəmizin digər şəhər və rayonlarından da üzgüçülərin turnirə qatılacaqları nəzərdə tutulur. Gəncə,Quba, Şəki, Mingəçevir şəhərlərinin hər birindən 4-5 idmançının Azərbaycan çempionatında iştirakı artıq təsdiqlənib. Yarışın sonunda qaliblər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən müvafiq diplomlarla təltif olunacaqlar.
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibinin müavini Tamerlan Abdullazdənin bildirdiyinə görə yarışın keçirilməsində məqsəd üzgüçülüyün təbliğ olunması, bu idman növünə marağın artırılması, kütləviliyin təşkili, o cümlədən 2024-cü il üçün beynəlxalq yarışlarda iştirak edəcək üzgüçülük üzrə milli komandanın tərkibinin yenidən formalaşdırılmasıdır:
“Bu kimi yarışların təşkili pespektivli üzgüçülərin aşkar olunmasına çöx yardımçı olur. Burada bölgələrdən də idmançıların qatılmağı çox təqdirəlayiqdir. Hesab edirik ki, mütəmadi keçirilən açıq çempionatlar və yarışlar ölkədə üzgüçülük idman növünə marağı artıracaq və həm Bakıda, həm də regionlarımzda olan yüksək potensiala malik idmançıların aşkar olunmasında mühüm rol oynayacaqdır” deyə T.Abdullazadə əlavə edib.
Məlumat üçün bildirək ki, üzgüçülük idman növü üzrə Azərbaycan açıq çempionatının açılış mərasimi Bakı Su İdman Sarayında aprelin 24-də saat 16: 30 da keçiriləcək.







Offside