22 dekabr 2025. Bazar ertəsi

Tarixi uğur qazanan millimiz vətənə dönür


  • Offside
  • 10:56 15.04.2024
  • Oxunma sayı: 183
Tarixi uğur qazanan millimiz vətənə dönür

Tarixi uğur qazanan millimiz sabah vətənə dönür 

90deqiqe.az xəbər verir ki,16 aprel Bakı vaxtı ilə saat 10:45-də hava limanında 3x3 qadın millimizin qarşılanma mərasimi olacaq.

Ötən gün Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirinin finalında Polşa kollektivi ilə üz-üzə gələn seçməmiz rəqibinə 18:17 hesabı ilə qalib gəlib və Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Beləliklə, ölkəmiz ilk dəfə komanda idman növündə olimpiadada təmsil olunacaq.

 







Offside