- Offside
- 20:58 07.02.2026
Avrokubok finalçısı "Beşiktaş"ın 4 gedişi rəsmən açıqlandı
90deqiqe.az xəbər verir ki, klubun saytında açıqlamaları yer alan basketbol icraiyyə komitəsinin sədri Özkan Arseven Covana Noqiç və Li Yuerunun ağ-qara komandadan ayrılmaq qərarına gəldiyini bildirib.
Arseven bildirib ki, Noqiç Rusiyanın "Ekaterinburq" komandası ilə razılaşıb, Li isə ölkəsi Çində oynamağa qərar verib. Kristina Topuzoviç və Tijana Krivaçeviçində "Beşiktaş"la vidalaşdığı vurğulanıb.