- Offside
- 13:25 24.11.2024
Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.
90deqiqe.Az-ın məlumatına görə, raundun ilk görüşündə “Azərreyl” və MOİK komandaları üz-üzə gəliblər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada birincilər asan qələbə qazanıblar. Görüşün taleyini 3 setdə həll edən “Azərreyl” (25:15, 25:17, 25:12) rəqibin müqaviməti ilə üzləşməyib. Komandalar arasında cavab matçı aprelin 17-də baş tutacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər cütündə aprelin 16-da “Murov Az Terminal” ilə “Neftçi” qarşılaşacaq.