27 iyul 2024. Şənbə

Endi Marrey əməliyyat olmayacaq


  • Offside
  • 13:36 16.04.2024
  • Oxunma sayı: 70
Endi Marrey əməliyyat olmayacaq

Üçqat Böyük Dəbilqə çempionu və ikiqat Olimpiya çempionu britaniyalı tennisçi Endi Marrey Mayamidə (ABŞ) keçirilən turnirdə aldığı zədə səbəbindən topuğundan əməliyyat olunmayacaq.

90deqiqe.Az xəbər verir ki, komanda nümayəndəsi 36 yaşlı raketka ustasının yarışlara qayıtmaq üçün dəqiq bir vaxtın olmadığını bildirib

“Andy ayaq biləyindən əməliyyat olmayacaq. Onun reabilitasiyası yaxşı gedir. Hələlik onun yarışa qayıtması üçün dəqiq bir tarix yoxdur” - “Eurosport” Marreyin komanda nümayəndəsindən sitat gətirir.

Xatırladaq ki, Marrey bundan əvvəl zədə səbəbindən Monte Karlo (Monako) və Münhen (Almaniya) turnirlərində iştirakdan imtina etmişdi. Britaniyalı idmançıya anterior talofibulyar bağın tam yırtığı diaqnozu qoyulub. Mayamidə keçirilən turnirdə Marrey  üçüncü tura yüksəldi və burada çexiyalı Tomas Maçaca məğlub oldu.







Offside