- Offside
- 13:25 24.11.2024
Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
90deqiqe.az xəbər verir ki, “Murov Az Terminal” və “Neftçi” komandalarının üz-üzə gəldiyi matçda birincilər 3:0 (27:25, 25:19, 25:18) hesablı qələbəyə seviniblər.
Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.
Komandalar arasında cavab matçı aprelin 18-də baş tutacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda “Azərreyl” MOİK-ə qalib gəlib – 3:0.