27 iyul 2024. Şənbə

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq tennis turniri keçirilir


  • Offside
  • 17:17 16.04.2024
  • Oxunma sayı: 97
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq tennis turniri keçirilir

Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq tennis turnirləri keçirilir.

90deqiqe.az xəbər verir ki, ənənəvi hal alan turnirə maraq böyükdür. 12, 14, 16, 18 yaş kateqoriyasında keçirilən yarışın ilk mərhələsində 12 yaşlı tennisçilər mübarizə aparırlar. Bakı Tennis Akademiyasında keçirilən yarışda Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Litva, Gürcüstan, Ukrayna, Qazaxıstan, Macarıstan, Özbəkistan və Almaniyadan 46 nəfər iştirak edir. Onlardan 24-ü oğlan, 22-si isə qızdır.

Yerli tennisçilərdən Raul Yüzbaşov, Murad Behbud, Vahid Vahidov, Altay İbrahimov və Seyhun Qasimzadə mübarizə aparır.







Offside