24 noyabr 2024. Bazar günü

Cüdoçularımız Avropa çempionatına hazırlığı davam etdirir


  • Offside
  • 17:34 16.04.2024
  • Oxunma sayı: 89
Cüdoçularımız Avropa çempionatına hazırlığı davam etdirir

Cüdo üzrə Azərbaycan millisinin açıq məşqi keçirilib.

90deqiqe.az xəbər verir ki, məşq prosesində Avropa çempionatına hazırlaşan yığmanın demək olar bütün cüdoçuları iştirak ediblər.

Yığmanın toplanışı, eyni zamanda Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri də daşıyır. Millimiz Avropa Cüdo İttifaqının Macarıstanda təşkil etdiyi toplanışdan qayıtdıqdan sonra Bakı hazırlığına start verib.

Yığmamız Avropa çempionatda 9 çəkidə 13 idmançı ilə təmsil olunacaq. Kişilərdən ibarət millimiz yarışa 9 cüdoçu ilə yollanacaq. Medallar uğrunda Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq) və Zelim Kotsoyev (100 kq) mübarizə aparacaqlar.

Qadınlardan ibarət millimiz Avropa çempionatında 4 idmançı ilə təmsil olunacaq. Tatami üzərinə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Açelya Toprak (57 kq) çıxacaqlar.







Offside