27 iyul 2024. Şənbə

İnyesta baş məşqçi olur


  • Offside
  • 17:54 16.04.2024
  • Oxunma sayı: 94
İnyesta baş məşqçi olur

"Emirates" klubunun prezidenti Youssef Al-Batran komandanın yarımmüdafiəçisi Andres İniesta ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, funksioner, 39 yaşlı futbolçunun yayda başa çatacaq müqaviləsindən sonra məşqçi postu ala biləcəyini bildirib. 

"Müqavilənin 30 iyun 2024-cü ildə bitdiyini nəzərə alsaq, birtərəfli opsiyasının daha bir il uzadılmasına baxmayaraq, bu, çətin bir ehtimaldır. Hər şey komandanın Birinci Divizionda qalıb-qalmamasından asılı olacaq.

Komanda qalmağı bacarsa, onunla uzadılması ilə bağlı danışıqlara başlayacağıq, çünki o, hələ də çox yaxşı texniki və fiziki formadadır və daha iki-üç mövsüm bizimlə ola bilər. Amma aşağı liqaya düşsək, I Divizionda bu səviyyəli futbolçu qəbul etmərəm. Ona komandanı çalışdırmağı təklif edəcəm."







Offside