18 oktyabr 2024. Cümə

Kikboksinq üzrə Bakı birinciliyi başa çatdı


  • Offside
  • 18:32 16.04.2024
  • Oxunma sayı: 216
Kikboksinq üzrə Bakı birinciliyi başa çatdı

Hövsan Olimpiya İdman Kompleksində kikboksinq üzrə Bakı birinciliyi keçirilib.

90deqiqe.Az xəbər verir ki, bu yarışda 60 komandadan 560 idmançı bacarığını göstərib.

Yekunda 18 qızıl, 5 gümüş, 14 bürünc medal qazanan Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin Yetirmələri çempion olublar. FHN komandası 2-ci, Abşeron İdman Klubu 3-cü olub.

Kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət milli komandanın, DİN-in İdman Cəmiyyətinin kikboksinq bölməsi üzrə baş məşqçisi, Əməkdar məşqçi Hikmət Hacıyev təəssüratlarını bölüşüb: "Çətin və maraqlı yarış oldu. Bu qələbə çəkilən zəhmətin bəhrəsidir. Azərbaycan Kikboksinq Fedarasiyasına təşəkkür edirəm. Bütün idmançılarımızı isə təbrik edirəm".







Offside