22 dekabr 2025. Bazar ertəsi

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək


  • Offside
  • 18:40 17.04.2024
  • Oxunma sayı: 147
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.

90deqiqe.Az  xəbər verir ki, Azərbaycan Güləş Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq yarış aprelin 23-dən 26-dək olacaq.

Hövsan qəsəbəsində yerləşən FHN İdman-Sağlamlıq Klubunda keçiriləcək turnir müvafiq yığmalara seçim xarakteri daşıyır. İlk iki gündə sərbəst, növbəti iki gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.







Offside