- Offside
- 23:34 21.12.2025
Bu gün qadın voleybolçuların Azərbaycan çempionatında yarımfinal mərhələsinə yekun vurulacaq.
90deqiqe.az xəbər verir ki, Yüksək Liqada finala son vəsiqənin sahibi GİN-in Voleybol Mərkəzində sahibini tapacaq.
“Murov Az Terminal” “Abşeron”la görüşəcək. Sonuncular ilk qarşılaşmadakı üstünlüyünü qorumağa çalışacaqlar. Birincilər isə revanş üçün meydana çıxacaqlar.
Qeyd edək ki, digər yarımfinalda “Azərreyl” “Gəncə”dən üstün olub – 3:0, 2:3.