22 dekabr 2025. Bazar ertəsi

"Arsenal" hücum bölgəsinə 5 namizədi nəzərdən keçirir


  • Offside
  • 09:49 19.04.2024
  • Oxunma sayı: 133
"Arsenal"  hücum bölgəsinə 5 namizədi nəzərdən keçirir

"Arsenal" daha bir neçə forvardı transfer siyahısına əlavə edib.

90deqiqe.Az-ın "The Guardian"a istinadən məlumatına görə, “topçular” rəhbərliyi Aleksandr İsak (“Nyukasl”), Duşan Vlahoviç (“Yuventus”) və Maykl Olizin (“Kristal Pelas”) namizədliyini nəzərdən keçirir.

Bundan əvvəl Londonun klubunun "Napoli"dən Viktor Osimhen və "Sportinq Lissabon"da çıxış edən Viktor Győkeresə də maraqlandığı bildirilirdi.

İngiltərə çempionatının 32 turundan sonra "Arsenal" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Növbəti matçda Mikel Artetanın yetirmələri səfərdə "Vulverhempton"la qarşılaşacaq.







Offside