27 iyul 2024. Şənbə

Stolüstü tennisçimiz Lüksemburqda bürünc medal qazanıb


  • Offside
  • 10:17 19.04.2024
  • Oxunma sayı: 70
Stolüstü tennisçimiz Lüksemburqda bürünc medal qazanıb

Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışın mükafatını qazanıb.

Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, söhbət Lüksemburqda keçirilən “WTT Youth Contender” turnirindən gedir. İlkin mərhələdə Almaniya, Fransa, Lüksemburq və Monqolustan təmsilçilərinə qalib gələn yeniyetmə idmançı qrup səddini lider kimi adlayıb.

1/8 finalda isveçli, 1/4 finalda isə fransalı rəqibini də mübarizədən  kənarlaşdıran stolüstü tennisçimiz yarımfinalda digər fransalı rəqibinə 2-3 hesabı ilə uduzaraq turnirin bürünc medalına layiq görülüb.

Qeyd edək ki, bu, Onur Quluzadənin cari mövsümdə beynəlxalq yarışlarda qazandığı 5-ci mükafatdır.







Offside