8 sentyabr 2024. Bazar günü

Stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib


  • Offside
  • 15:02 20.04.2024
  • Oxunma sayı: 77
Stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

Bu gün veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib.

90deqiqe.Az xəbər verir ki, “Şüa” İdman Kompleksində təşkil olunan yarışda Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Gədəbəydən ümumilikdə 60-a yaxın usta idmançı bacarığını göstərir.

Budəfəki çempionatda kişilər 4, qadınlar 1 yaş qrupunda mübarizə aparırlar. İdmançılar həm, şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçıları müəyyənləşdirəcəklər.

Yarışın final görüşləri sabah keçiriləcək. Fərqlənən iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.







Offside

ÇL: "Birbaşa Bakı" 1/4 finalda
  • Offside
  • 16:45 07.09.2024
ÇL: "Birbaşa Bakı" 1/4 finalda