- Offside
- 13:25 24.11.2024
Bədii gimnastika üzrə Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət kollektiv 5 halqa ilə uğurlu çıxış edib.
Yığmamızın təqdim etdiyi proqram 36.100 xalla qiymətləndirilib.
Qeyd edək ki, yığmamız Milli Gimnastika Arenasında təşkil olunan yarışda dünən çoxnövçülükdə (5 halqa, 3 lent, 2 top) bürünc medala yiyələnmişdi.