- Offside
- 13:25 24.11.2024
Aprel ayının 24-27 tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının, Bakı Su İdmanı sarayının birgə təşkilatçılığı, Bakı Su İdmanı sarayının dəstəyi ilə üzgüçülük idman növü üzrə açıq Azərbaycan çempionatı start götürəcək.
90deqiqe.Az xəbər verir ki, Bakı Su İdman sarayında təşkil olunacaq yarışlarda 3-cu idman dərəcəsi olan idmançılar iştirak edəcək. Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50,100, 200 metr məsafələrdə arxası üstə, brass və batterfley üsullarda üzəcəklər.
Beynəlxalq Üzgüçülük Federasiyasının, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən birincilikdə Bakı və Sumqayıtdan 20-a yaxın müxtəlif klubun və idman cəmiyyətlərinin idmançıları güclərini sınayacaqlar. Bundan başqa ölkəmizin digər şəhər və rayonlarından da üzgüçülərin turnirə qatılacaqları nəzərdə tutulur.
Gəncə,Quba, Şəki, Mingəçevir şəhərlərinin hər birindən 4-5 idmançının Azərbaycan çempionatında iştirakı artıq təsdiqlənib. Yarışın sonunda qaliblər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən müvafiq diplomlarla təltif olunacaqlar.
Məlumat üçün bildirək ki, üzgüçülük idman növü üzrə Azərbaycan açıq çempionatının açılış mərasimi Bakı Su İdman Sarayında aprelin 24-də saat 16: 30 da keçiriləcək.