24 noyabr 2024. Bazar günü

NBA da pley-off oyunları davam edir


  • Offside
  • 11:06 23.04.2024
  • Oxunma sayı: 118
NBA da pley-off oyunları davam edir

Milli Basketbol Assosiyasının pley-off oyunları davam edir.

90deqiqe.az xəbər verir ki, ötən mövsüm Qərb konfransının finalında qarşılaşan “Denver” və “Los-Anceles Leykers”in yolları bu dəfə pley-offun ilk mərhələsində kəsişib. Görüşə yaxşı başlayan ikincilər ilk hissəni öndə tamamlayıblar - 28:24. İnamlı oyununu növbəti periodda da davam etdirən kaliforniyalılar böyük fasiləyə 59:44 hesablı üstünlüklə yollanıblar. Üçüncü 12 dəqiqəlik müddətdə daha dəqiq oynayan meydan sahibləri xal fərqini 10-a endiriblər - 69:79. Gərgin mübarizə şəraitində keçən sonuncu periodda qalibin adına son saniyədə aydınlıq gəlib. Camal Murreyin dəqiq zərbəsi sayəsində “Denver” görüşdən 101:99 qalib ayrılıb və pley-off seriyasında hesabı 2:0 edib. “Los-Anceles Leykers”in basketbolçusu Entoni Deyvis 32 xal, 11 ribaund, 2 assitlik performansı ilə görüşün ən çox xal toplayan basketbolçusu olub.  27 xal, 20 ribaund, 10 assistlə tripl dabl edən Serbiyalı meqa ulduz Nikola Yokiç komandasının qələbəsinə töhfə verib.

“Medison Skveye Qarden”də yerli “Nyu-York” “Filadelfiya”nı sınağa çəkib. Qarşılaşmaya inamlı başlayan qonaqlar ilk hissəni öndə bitiriblər - 25:18. İkinci periodda meydan sahibləri daha çox xal toplasalar da, böyük fasiləyə 49:53 geridə yollanıblar.  Üçüncü 12 dəqiqəlik müddətdə bir qədər hücumların kəsərini artıran Tom Tibadunun yetirmələri hesabı xeyrilərinə dəyişməyi bacarıblar - 79:74. Amansız mübarizə sonuncu hissədə də davam edib. Pensilvaniyalıların geri dönüş cəhdləri fayda verməyib və seriyada 0:2 geriyə düşüblər.  “Nyu-York” 104 - “Filadelfiya” 101.  Matçın ən məhsuldar basketbolçusu 35 xal 10 assist 9 ribaundla məğlub komandanın üzvü Tayriz Maksi olub. Nyu-Yorkluların heyətində isə Ceylon Branson fəallığı ilə seçilib. O, 24 xal 8 ribaund 6 assistlə yadda qalıb.







Offside