- Offside
- 13:25 24.11.2024
Futbol üzrə Portuqaliya çempionatında 30-cu tur arxada qalıb.
90deqiqe.az xəbər verir ki, “Farense” səfərinə yollanan “Benfika” matçda daha yaxşı start verib. Nəticədə onlar 16-cı dəqiqədə hesabda önə keçiblər. Orkun Kökçü topu qapıdan keçirib. Ancaq 7 dəqiqə sonra ev sahibləri Məhəmməd Bellui ilə tarazlığı bərpa ediblər. 34-cü dəqiqədə isə Artur Kabral “qartallar” bir daha irəli çıxarıb. Birinci hissə bu nəticə ilə bitib. İkinci yarını da üstün keçirən Lissabon təmsilçisi daha bir dəfə rəqib qapısına yol tapıb. 67-ci dəqiqədə fərqlənən Alvaro Karrares oyunda son nöqtəni qoyub.
“FARENSE” 1, “BENFİKA” 3.
Hazırda Portuqaliya çempionatında turnir cədvəlinə 80 xal toplayan “Sportinq” başçılıq edir. Ondan 7 xal geri qalan “Benfika” ikinci, 62 xala malik “Portu” üçüncüdür. 31 xallı “Farense” isə 10-cu pillədə qərarlaşıb.