27 iyul 2024. Şənbə

“Makkabi Təl-Əviv” və “Real Madrid”dən inamlı qələbə


  • Offside
  • 10:11 24.04.2024
  • Oxunma sayı: 91
“Makkabi Təl-Əviv” və “Real Madrid”dən inamlı qələbə

Basketbol üzrə Avroliqada 1/4 final mərhələsinə start verilib. 

“Panatinaikos”un “Makkabi Təl-Əviv”i qəbul etdiyi oyunun ilk periodu qonaqların üstünlüyü ilə bitib - 26:25. İkinci hissədə təşəbbüsü ələ keçirən Yunanıstan təmsilçisi böyük fasiləyə 50:42 öndə yollanıb. 3-cü 10 dəqiqəlik müddətdə İsrail klubu fərqi 7-yə endirib. Sonuncu periodda da üstün olan “Makkabi Təl-Əviv” meydandan 91-87 hesablı qələbəylə ayrılmağı bacarıb. Oyunun ən məhsuldar basketbolçusu 22 xal, 6 ribaund və 1 assistlə məğlub komandadan Mattias Lessort olub.

Gecənin digər görüşündə “Real Madrid” “Baskoniya” ilə üz-üzə gəlib. Oyuna fəal başlayan kral klubu ilk hissəni 26:17 xeyrinə bitirib. İkinci periodda da yaxşı oyununu davam etdirən paytaxt təmsilçisi böyük fasiləyə 48:47 irəlidə yollanıb. 3-cü 10 dəqiqəlik müddətdə ev sahibləri fərqi 17-ə çatdırıblar. Xala-xal prinsipiylə keçən sonuncu hissədə də rəqibinə geridönüş şansı verməyən “Real Madrid” görüşdən 90:74 hesablı qələbəylə ayrılıb. Madrid təmsilçisindən Musa Canan 16 xal, 3 ribaund və 3 assistlə görüşün ən məhsuldarı olub.

Qeyd edək ki, bu mərhələdə rəqibi üzərində 3 qələbə qazanan komandalar yarımfinalda iştirak hüququ qazanacaq.







Offside