27 iyul 2024. Şənbə

Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb


  • Offside
  • 13:33 24.04.2024
  • Oxunma sayı: 83
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Belçikanın Spa şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində mükafatçılar sırasına düşüb.

90deqiqe.Az-ın məlumatına görə, yığma üzvü məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə qatıldığı yarışın qrup mərhələsində Fransa, Belçika, Portuqaliya və Ukrayna idmançılarına 3:0 hesabı ilə qalib gələrək pley-offa lider kimi vəsiqə qazanıb.

1/8 finalda belçikalı Noa Varranda 3:1, ardınca ispaniyalı Ladimir Mayorova 3:2 hesabı ilə qalib gələn Quluzadə yarımfinalda fransalı Nolan Constona 2:3 hesabı ilə uduzaraq turnirin bürünc medalı ilə kifayətlənib.

Qeyd edək ki, bu, idmançının cari ildə beynəlxalq yarışlarda qazandığı 6-cı mükafatdır.







Offside