- Offside
- 17:18 23.11.2024
Aprelin 23-də gənclər və idman nazirinin müavini İndira Hacıyeva nazirliyin regional gənclər və idman idarələrinin rəisləri ilə görüş keçirib.
90deqiqe.az xəbər verir ki, görüşdə Bakı və regionların fəaliyyətləri ilə bağlı hesabatlar dinlənilib, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ilin I rübündə görülən işlər, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə edilib.
Həmçinin, tədbirdə "İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Paytaxtı - Şuşa şəhəri" və “2024-cü il Türk Dünyasının Gənclik Paytaxtı - Lənkəran şəhəri”nin açılış mərasimlərinə hazırlıqlar barədə məlumat verilib.