- Offside
- 17:18 23.11.2024
Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilov Portuqaliyada keçirilən açıq Avropa çempionatında qızıl medal qazanıb.
90deqiqe.Az xəbər verir ki, o, yarışın üçüncü günündə 100 metr məsafəyə brass üsulu ilə üzməkdə finişə birinci çatıb.
Qeyd edək ki, turnirin ilk günündə Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə Avropa çempionu olub, ikinci günündə isə eyni məsafəyə kəpənək üsulu ilə üzməkdə gümüş medal qazanıb.