8 fevral 2026. Bazar günü

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır


  • Offside
  • 09:15 25.04.2024
  • Oxunma sayı: 145
Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

90deqiqe.Az xəbər verir ki,  kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Yaşar Nəcəfov (66 kq) tatamiyə çıxacaq.

Qadınlardan Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Acelya Toprak (57 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarış aprelin 27-də başa çatacaq.







Offside