- Offside
- 20:58 07.02.2026
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin iclasında üzv olaraq iştirak edib.
90deqiqe.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplantı UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub.
Qeyd edək ki, iclasda mövsüm üçün lisenziyalaşdırma qaydalarında nəzərdə tutulan dəyişikliklər müzakirə olunub.