24 noyabr 2024. Bazar günü

“Oklahoma” və “Mayami” qələbə qazanıblar


  • Offside
  • 14:07 25.04.2024
  • Oxunma sayı: 69
“Oklahoma” və “Mayami” qələbə qazanıblar

Milli Basketbol Assosiyasının pley-off qarşılaşmaları çərçivəsində daha iki oyun keçirilib.

90deqiqe.az xəbər verir ki, “Mayami” “Boston” səfərinə yollanıb. Başa -başa keçə ilk hissədə qonaqlar minimal fərqlə üstün olublar. 28:27. İkinci periodda təşəbbüsü ələ alan meydan sahibləri böyük fasiləyə  61:58 irəlidə yollanıblar. Üçüncü 12 dəqiqəlik müddəti ideal oynanayan floridalılar hesabı 85:79  xeyirlərinə dəyişiblər. Sonuncu periodda da oyuna nəzarət edən “alovlar” seriyada hesabı bərabərləşdiriblər. “Boston” 101. “Mayami” 111. Məğlub komandadan Ceylen Broun 33 xal 8 ribaund 1 asssitlə ən məhsuldar basketbolçu olub. 24 xal 14 assist 5 ribaundla dabl-dabl edən Teyler Hirro “Mayami”nin qələbəsində böyük rol oynayıb.

“Oklahoma” Nyu-Orlean”ı sınağa çəkib. Qarşılaşmaya əla start verən meydan sahibləri ilk periodda 13 xallıq üstünlük əldə ediblər. 35:22. İkinci 12 dəqiqəlik müddətdə tərəflər hərəyə 28 xal toplayıblar, bununla da “şimşəklər” böyük fasiləyə  63:50 öndə yollanıblar. Görüşün qalan periodlarında da rəqibindən çox xal toplayan “Oklahoma” matçdan 124:92 qalib ayrılıb. Qalib komandanın kanadalı superulduzu Şay Gilces Aleksandr 33 xal 5 assist 3 ribaundla görüşün ən məhsuldar basketbolçusu kimi yadda qalıb. 19 xal 7 ribaund 2 assit toplayan Litvalı Yonas Valançuyunas “Nyu-Orlean”ın ən fəal üzvü olub.







Offside