13 may 2025. Çərşənbə axşamı

FİFA və UEFA İspaniyanı beynəlxalq yarışlardan kənarlaşdıra bilər


  • Offside
  • 21:30 25.04.2024
  • Oxunma sayı: 124
FİFA və UEFA İspaniyanı beynəlxalq yarışlardan kənarlaşdıra bilər

FİFA və UEFA İspaniya Ali İdman Şurasının (CSD) İspaniya Kral Futbol Federasiyasının (RFEF) işlərinə mümkün müdaxiləsindən narahat olduqlarını bildiriblər.

90deqiqe.Az xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı hesab edir ki, hökumətin müdaxiləsi FİFA qanunlarını pozur və vəziyyəti başqa ölkələrin federasiyaları ilə əvvəllər baş verənlərdən fərqli adlandırmaq çətindir. FİFA və UEFA CSD-nin “Nəzarət, Normallaşdırma və Nümayəndəlik Komissiyası”nın RFEF-in öz işlərini müstəqil və hakimiyyət orqanlarının əsassız müdaxiləsi olmadan idarə etmək vəzifəsinə nə dərəcədə təsir göstərə biləcəyini qiymətləndirmək üçün əlavə məlumat tələb edəcək.

Bu müdaxilənin qanuna zidd olduğu təsdiqlənərsə, İspaniya UEFA və FİFA-nın himayəsi altında keçirilən bütün beynəlxalq yarışlardan kənarlaşdırıla bilər.







Offside

“Əl-Nəsr”dən 9 qolluq şou
  • Offside
  • 23:56 12.05.2025
“Əl-Nəsr”dən 9 qolluq şou