8 fevral 2026. Bazar günü

Azərbaycanlı cüdoçu yarımfinala yüksəlib


  • Offside
  • 16:31 26.04.2024
  • Oxunma sayı: 165
Azərbaycanlı cüdoçu yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

90deqiqe.Az xəbər verir ki, üçqat Avropa çempionu uyğun ardıcıllıqla Albaniya, Portuqaliya və Rusiyadan olan rəqiblərini üstələyib.

H.Heydərov yarımfinalda Adil Osmanov (Moldova) ilə qarşılaşacaq. Digər təmsilçilərimiz - Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) isə uğursuz çıxış ediblər.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.







Offside