2 noyabr 2024. Şənbə

Azərbaycan cüdoçusu Avropa çempionu olub


  • Offside
  • 20:19 26.04.2024
  • Oxunma sayı: 113
Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.

90deqiqe.Az xəbər verir ki, üçqat Avropa çempionu yarımfinalda Adil Osmanovu (Moldova) məğlub edib.

H.Heydərov həlledici görüşdə də Danil Lavrentyevə (AIN) qalib gəlib. Millinin lideri bununla da Azərbaycan cüdosunun tarixinə 4 qat Avropa çempionu olan yeganə idmançı kimi adını yazdırıb.

Digər təmsilçilərimiz - Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) uğursuz çıxış ediblər.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.







Offside

"MLS çox rəqabətli liqadır"
  • Offside
  • 11:14 01.11.2024
"MLS çox rəqabətli liqadır"