22 dekabr 2025. Bazar ertəsi

"Neftçi" "Sərhədçi"ni məğlub edib


  • Offside
  • 21:27 26.04.2024
  • Oxunma sayı: 148
"Neftçi" "Sərhədçi"ni məğlub edib

Basketbol üzrə Azərbaycan çempionatında XVIII turun növbəti oyunu keçirilib.

90deqiqe.Az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan günün yeganə oyununda "Sərhədçi" və "Neftçi" komandaları qarşılaşıb. Görüş "ağ-qaralar"ın 73:69 hesablı qələbəsi ilə yekunlaşıb

"Sərhədçi" məğlub olmasına baxmayaraq, "Neftçi" kimi pley-offda mübarizə aparacaq.

Turun daha əvvəl keçirilən oyunlarında "Sabah" "Xəzri"ni 77:65, "Xırdalan" "Sərhədçi"ni 90:84 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turun digər görüşləri aprelin 27-28-də olacaq.







Offside