23 iyun 2024. Bazar günü

Azərbaycan parabadmintonçusu növbəti dəfə bürünc medal qazanıb


  • Offside
  • 22:08 27.04.2024
  • Oxunma sayı: 70
Azərbaycan parabadmintonçusu növbəti dəfə bürünc medal qazanıb

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İspaniyanın Toledo şəhərində keçirilən beynəlxalq turnirdə qoşa yarışda bürünc medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, türkiyəli İlker Tuzcu ilə birgə mübarizə aparan idmançı qrup mərhələsini uğurla tamamlayıb və yarımfinala vəsiqə qazanıb.

Cütlük yarımfinal qarşılaşmasında Malayziya təmsilçilərinə məğlub olaraq bürünc medala sahib çıxıb.

Qeyd edək ki, İbrahim Əliyev bir həftə əvvəl İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə də qoşa yarışda bürünc mükafat əldə edib.







Offside