22 dekabr 2025. Bazar ertəsi

Avroliqa turnirinin pley-offunda ikinci oyunlara start verildi


  • Offside
  • 11:49 28.04.2024
  • Oxunma sayı: 123
 Avroliqa turnirinin pley-offunda ikinci oyunlara start verildi

Basketbol üzrə Avroliqa turnirinin pley-offunda ikinci oyunlara start verilib.

90deqiqe.az xəbər verir ki, ilk görüşdə evdə məğlub olan “Panatinaikos” bu dəfə qalib olub. 95:79. “Makkabi” komandası birinci periodda yenə də böyük üstünlük əldə etsə də, bu dəfə hesabı qorumağı bacarmayıb. Afina təmsilçisi dönüş edərək ümumi hesabı bərabərləşdirib.
Oyunun qəhrəmanı Kostas Slukas olub. Yunanıstanlı basketbolçu 29 xal toplamaqla karyerasının ən məhsuldar oyununu keçirib. Digər qəhrəman kimi Papepetrunu qeyd etmək olar. Məhz onun həlledici məqamlarda üçxallıq atışları dönüş etməyə imkan verib.

Digər cütlükdə “Real” ikinci dəfə “Baskoniya”nı məğlub edib – 101:90. Madridlilər seriyada hesabı 2:0-a çatdırıblar. Kampasso oyunda 24 xal toplayıb.

Cütlüklərdə növbəti oyunlar gələn həftə “Makkabi”nin və “Baskoniya”nın meydançalarında keçiriləcək. “Dördlər finalı”na yüksəlmək üçün 3 qələbəyə ehtiyac var.







Offside