27 iyul 2024. Şənbə

Lionel Messidən dubl, komandası 4 qolla qalib oldu


  • Offside
  • 13:47 28.04.2024
  • Oxunma sayı: 104
Lionel Messidən dubl, komandası 4 qolla qalib oldu

“İnter Mayami” səfərdə “Nyu İnqland”dan üstün olub. 

Şərq konfransında birinci olan "İnter Mayami" xallarını 21-ə yüksəldib və cari mövsümdə altıncı qələbəsini qazanıb.

Qarşılaşmada 4:1 hesabı ilə qalib gələn "İnter Mayami"nin qollarını 32 və 67-ci dəqiqələrdə Lionel Messi, 83-cü dəqiqədə Benjamin Sremaçii və 88-ci dəqiqədə Luis Suares vurub.

Ev sahibi “Nyu İnqland”ın yeganə qolunu Tomas Çankalay vurub. Argentinalı ulduz bu mövsüm qollarının sayını 9-a çatdırıb. Messi oynadığı 9 matçda 5 məhsuldar ötürmə edib.







Offside