21 aprel 2026. Çərşənbə axşamı

Ülviyyə Fətəliyeva çempionluğun bir addımlığında


  • Offside
  • 15:37 28.04.2024
  • Oxunma sayı: 433
Ülviyyə Fətəliyeva çempionluğun bir addımlığında

Bu gün qadın şahmatçılar arasında Avropa çempionatının 9-cu turu keçiriləcək.

90deqiqe.az xəbər verir ki, Rodos adasında keçirilən yarışın lideri Ülviyyə Fətəliyeva rumın İrina Bulmaqa ilə üz-üzə gələcək.

Qələbə qazanacağı təqdirdə Ülviyyə sona 1 tur qalmış Avropa çempionu titulunu qazana bilər. Qeyd edək ki, daha öncə bu qalibiyyətə imza atan qadın şahmatçımız olmayıb. 

Xatırladaq ki, Çempionatın lideri Ülviyyə Fətəliyeva son turda Gövhər Beydullayevanı məğlub edərək, mövqeyini qoruyub. O, ən yaxın izləyicisini yarım xal qabaqlayır.







Offside