24 may 2024. Cümə

Şəhriyar Məmmədyarov Almaniya çempionu olub


  • Offside
  • 09:19 29.04.2024
  • Oxunma sayı: 53
 Şəhriyar Məmmədyarov Almaniya çempionu olub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniya çempionu olub.

90deqiqe.az xəbər verir ki, təcrübəli qrossmeysterimiz komandalararası Bundesliqanın qalibi adını qazanıb.

O, şərəfini qoruduğu “Viernheim” klubunun heyətində çempionluq yaşayıb. Şəhriyarın komandası 15 turda 15 qələbə ilə 1-ci yerə sahib çıxıb.

Nicat Abasovun çıxış etdiyi “Ötigheim” Bundesliqanı 6-cı yerdə başa vurub. Onun komandası 8,5 xal toplayıb.

Qeyd edək ki, 2023-cü il oktyabrın 21-də start götürən Bundesliqada ümumilikdə 16 komanda mübarizə aparıb. İştirakçılar bir dövrəlik dairəvi sistemlə mükafatçıları müəyyənləşdiriblər.







Offside

"Klivlend Kavalers"də ayrılıq
  • Offside
  • 21:57 23.05.2024
"Klivlend Kavalers"də ayrılıq