19 may 2024. Bazar günü

Bakıdakı Avropa Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub


  • Offside
  • 12:49 29.04.2024
  • Oxunma sayı: 139
Bakıdakı Avropa Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub

Bakıda ilk dəfə keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunda Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib.

90deqiqe.Az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, fərdi proqramda İlona Zeynalova qüvvəsini sınayacaq.

Qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda medallar uğrunda mübarizə aparacaq.

Turnirdə 34 ölkədən idmançıların iştirakı gözlənilir. Milli Gimnastika Arenasında təşkil olunacaq yarış mayın 3-5-də baş tutacaq.







Offside