30 mart 2026. Bazar ertəsi

Avropa çempionu olan Azərbaycan şahmatçısı mükafatlandırılıb


  • Offside
  • 11:56 30.04.2024
  • Oxunma sayı: 152
Avropa çempionu olan Azərbaycan şahmatçısı mükafatlandırılıb

Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında keçirilən Avropa çempionatının bağlanış mərasimi olub.

Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a bildiriblər ki, qitə birinciliyinin qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub. Qalib şahmatçının şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə həmçinin müxtəlif nominasiyalar üzrə ən yaxşı performans nümayiş etdirən iti zəka sahibləri təltif olunublar. Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi mükafata layiq görülüb.







Offside