21 sentyabr 2024. Şənbə

Azərbaycanın lisenziya sayı 20-yə yüksəlib


  • Offside
  • 19:01 30.04.2024
  • Oxunma sayı: 104
Azərbaycanın lisenziya sayı 20-yə yüksəlib

Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha 2 lisenziya əldə edib.

90deqiqe.az xəbər verir ki, badmintonçularımız Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra bu uğura nail olublar. Açıqlanan reytinqdə görə hər iki təmsilçimiz Parisə yollanmağı təmin edib.

Bununla da Azərbaycan milli komandasının lisenziya sayı 20-yə yüksəlib.

Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılar
Badminton

Edi Reski Dviçayo (kişilər, fərdi)
Keişa Fatimə Zəhra (qadınlar, fərdi)

Gimnastika
Zöhrə Ağamirova, bədii gimnastika
Selcan Maqsudova, batut gimnastikası

Güləş
Sənan Süleymanov (77 kq), yunan-Roma güləşi
Həsrət Cəfərov (67 kq), yunan-Roma güləşi
Maqomedxan Maqomedov (97 kq), sərbəst güləş
Əliabbas Rzazadə (57 kq), sərbəst güləş
Hacı Əliyev (65 kq), sərbəst güləş
Turan Bayramov (74 kq), sərbəst güləş
Osman Nurmaqomodov (86 kq), sərbəst güləş
Giorgi Meşvildişvili (125 kq), sərbəst güləş

Atletika
Anna Skidan, çəkicatma

Boks
Nicat Hüseynov (51 kq)
Murad Allahverdiyev (80 kq)
Məhəmməd Abdullayev (+92 kq)

Taekvondo
Qaşım Maqomedov (58 kq)

Atıcılıq
Ruslan Lunyov (10 m, pnevmatik tapança)

Basketbol
Qadın yığması, 3x3 növü

Avarçəkmə
Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)







Offside