- Offside
- 10:20 15.01.2025
Azərbaycan idmançısı Məhəmməd Süleymanov Bolqarıstanın Plovdiv şəhərində savatın assault və kombat növü üzrə keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.
Azərbaycan Savat Federasiyasından 90deqiqe.Az-a bildiriblər ki, gənclər arasında 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Böyüklər arasında qadınların mübarizəsində isə 52 kiloqramda Tutu İsmayılova 1/8 final mərhələsində Bolqarıstan təmsilçisi ilə üz-üzə gəlib. Yığma üzvü görüşdən üstünlüklə ayrılsa da, ardınca belçikalı rəqibi ilə qarşılaşma zamanı aldığı zədə səbəbindən turnirlə erkən vidalaşıb.
Bununla da milli komanda yarışı 1 qızıl medalla başa vurub.
Qeyd edək ki, 16 ölkənin iştirak etdiyi turnirdə ümumilikdə 150-dən çox idmançı mübarizə aparıb.