27 iyul 2024. Şənbə

Qızıl Avropa Liqasına hazırlaşan voleybolçularla görüş olub


  • Offside
  • 17:11 01.05.2024
  • Oxunma sayı: 77
Qızıl Avropa Liqasına hazırlaşan voleybolçularla görüş olub

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Qızıl Avropa Liqası üçün hazırlıqlara start verən qadınlardan ibarət millinin üzvləri ilə görüşüb.

AVF-dən 90deqiqe.Az-a bildiriblər ki, federasiya rəhbəri voleybolçularla söhbət edib, onların səhhəti ilə maraqlanıb. Milli komandanın baş məşqçisi Faiq Qarayev Ş. Bağırova hazırlıq prosesi barədə ətraflı məlumat verib.

AVF-nin prezidenti yığmanın qarşıdakı oyunlarda uğurla çıxış edəcəyinə inamını bildirib, voleybolçulara yarışda uğurlar arzulayıb.







Offside