17 iyul 2024. Çərşənbə

Aygül Abdullayeva Estoniyada keçirilən Prezident Kubokunun ən yaxşı hakimi seçilib


  • Offside
  • 12:19 02.05.2024
  • Oxunma sayı: 64
Aygül Abdullayeva Estoniyada keçirilən Prezident Kubokunun ən yaxşı hakimi seçilib

Azərbaycanlı hakim Aygül Abdullayeva Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə Prezident Kubokunda mükafata layiq görülüb.

90deqiqe.Az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, beynəlxalq dərəcəli referi yarışın ən yaxşı ədalət təmsilçisi seçilib.

O, fəxri fərman və kubokla təltif olunub.

Qeyd edək ki, Azərbaycan millisi Prezident Kubokunu 12 medalla başa vurub.







Offside