27 iyul 2024. Şənbə

Qız voleybolçular arasında Azərbaycan birinciliyinin qalibi bilindi


  • Offside
  • 16:52 04.05.2024
  • Oxunma sayı: 62
Qız voleybolçular arasında Azərbaycan birinciliyinin qalibi bilindi

16 yaşadək qız voleybolçular arasında Azərbaycan birinciliyinin qalibi müəyyənləşib.

Federasiyanın mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan final matçında "Azərreyl-1" ilə "Şərqi Zəngəzur RVK" qarşılaşıb.

Görüş birincilərin 3:0 (25:17, 25:15, 25:08) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Azərreyl-1" ölkə çempionatının qızıl medallarını qazanıb.







Offside