- Offside
- 17:18 23.11.2024
Azərbaycan cüdoçuları Göygöldə keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turnirinin ilk günündə 2 qızıl, 1 gümüş və 7 bürünc medal əldə ediblər.
90deqiqe.Az-ın məlumatına görə, qızların yarışında 40, 44, 48 və 52 kiloqram çəki dərəcələrində, oğlanların yarışında isə 50, 55, 60 və 66 kiloqram çəki dərəcələrində medalçılar bəlli olub. Məhəmmədəli Hüsiyev (50 kq), Nihad Məmişov (55 kq) qızıl, Fərid Qarayev (60 kq) gümüş, Özqan Quliyev (60 kq), Ramil Mahmudov (66 kq) və Səlim Sultanov (66 kq) bürünc medal, qızların yarışında isə Xədicə Abdullayeva (40 kq), Leyla Ələkbərova (44 kq), Aysun Məmmədova (52 kq) və Səmayə Yusifli (52 kq) bürünc medal qazanıblar.