- Offside
- 17:18 23.11.2024
Göygöldə yyeniyetmələr arasında cüdo üzrə Avropa Kubokuna yekun vurulub.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan millisi yarışı 14 medalla başa vurub.
Komandamız 4 qızıl, 1 gümüş və 9 bürüncə yiyələnib
Yarışın ikinci günündə komandamızın heyətində Mehdi Abbasov (81 kq) və Sübhan Axundov (+90 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Cəsur İbadlı (81 kq) və Hüseyn Eyvazlı (90 kq) isə Avropa kubokunu bürünc medalla başa vurub.
Yekunda Azərbaycan yığması beynəlxalq turnirin qalibi olub. Fransa (2-4-4) 2-ci, Türkiyə (1-3-0) isə 3-cü yeri tutub.
Qeyd edək ki, turnirdə 14 ölkədən 323 cüdoçu mübarizə aparıb.