23 oktyabr 2024. Çərşənbə

Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib


  • Offside
  • 10:03 06.05.2024
  • Oxunma sayı: 83
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib

Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə, həlledici qarşılaşmada "Günəşli" və "Aşağı Güzdək" komandaları üz-üzə gələcəklər.

Onlar yarımfinalda müvafiq olaraq "Mərdəkan" (7:0) və "Biləcəri"ni (2:1) məğlub ediblər.

Final görüşü mayın 9-da baş tutacaq. "Mərdəkan" və "Biləcəri" üçüncü yer uğrunda matçda qarşılaşacaqlar.

Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 4 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları mübarizə aparır.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb